Robokids (Balaca Robot Proqramçıları) kateqoriyasında şagirdlər Matata platformasından istifadə edərək Matata Robotexnika üzrə Dünya Çempionatının (Matata World Robotics Competition) təqdim etdiyi "Kiçik enerji ovçusu" (“Little Energy Hunter”) adlı müsabiqədə yarışacaqlar.
“Matata World Robotics Competition” hər il Matata platformasında keçirilən möhtəşəm müsabiqədir. Müsabiqədə iştirak edən komandalar, parçalanaraq Matata planetinə səpələnmiş “Rəqabət ruhu”nun enerjisini bərpa etmək üçün gərgin və sirli xəzinə ovuna çıxmalıdırlar.
Komandalar “Şifrəni Aktivləşdirmək”, “Enerjini Toplamaq” və “Enerjini Mühafizə etmək” kimi üç mərhələdə yarışacaqlar. Yarışın məqsədi STEAM müsabiqəsi vasitəsilə məntiqi təfəkkür, kodlaşdırma və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.
Ümumi məlumat:
1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və maksimum 3 şagird. Layihə rəhbəri eyni kateqoriya üzrə maksimum 2 komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində iştirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə yalnız 6-10 yaşlı ibtidai sinif şagirdləri iştirak edə bilərlər.
3) Kateqoriya üzrə qeydiyyat, müsabiqənin mərhələləri və qaydalar haqqında məlumat yaxın günlərdə paylaşılacaq.