Bu kateqoriyada iştirakçılar Tello Edu dronları ilə həm dronları idarəetmə həm də proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.Yarış iki mərhələdən ibarət olacaq.Birinci mərhələdə iştirakçılar dronlarını manual (əl ilə) olaraq idarə edərək maneələrlə dolu sahədə müəyyən edilmiş marşrut boyunca maneələri keçərək tapşırığı icra edəcəklər.İkinci mərhələdə isə iştirakçılar dronlarını proqramlaşdıraraq avtonom olaraq uçurtmalıdırlar.Avtonom uçuş rejimində dronlar maneələrlə dolu sahədə müəyyən edilmiş marşrut boyunca maneələri keçərək tapşırığı icra etməlidirlər.
Ümumi məlumat:
1) Müsabiqədə 3 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 2 şagird.Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər.Hər şagird yalnız bir komanda tərkibində iştirak edə və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 12-14 yaş arası orta məktəb şagirdləri iştirak edə bilər.
3) Kateqoriya üzrə qeydiyyat, müsabiqənin mərhələləri və qaydalar haqqında məlumat yaxın günlərdə paylaşılacaq.