Təbii fəlakətlər insan və ictimai həyatına mənfi təsir göstərən təbii hadisələrdir. Bunlara zəlzələlər, daşqınlar, meşə yanğınları, tufanlar, uçqunlar və s. daxildir. İnsanların təhlükəsiz bildiyi binaları dağıntıya çevirən bu təbii hadisələr nəticəsində bu ərazilərdə yaşayan insanlar zərər çəkə bilər.
Robot texnologiyası bu zərər çəkənlərin tapılması və xilas edilməsində mühüm rol oynamağa başlamışdır. Gəlin, LEGO® Education Midnstorms Ev3 və ya LEGO® Education SPIKE™ Prime dəstləri ilə təbii fəlakətdən sonra zərər çəkən təbii fəlakət qurbanlarını tapacaq və onları təhlükəsiz xilasetmə zonasına aparacaq robot dizayn edək və proqramlaşdıraq.
Ümumi məlumat:
1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird .Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində istirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 15-17 yaşlı orta məktəb şagirdləri iştirak edə bilərlər.
3) Kateqoriya üzrə qeydiyyat, müsabiqənin mərhələləri və qaydalar haqqında məlumat yaxın günlərdə paylaşılacaq.