VEX V5 Robotics hər kəs üçün təhsil robotudur. Robototexnika təkcə gələcək deyil, həm də bugündür. Şagirdlərin proqramlaşdırma, sensorlar və avtomatlaşdırma ilə yanaşı, onların həm 21-ci əsrin bacarıqlarını, həm də gündəlik həyatda uğur qazanmaq üçün lazım olan bacarıqlarını mükəmməlləşdirir.
Elm və mühəndislik prinsiplərindən başqa, VEX Robotics modellərinin qurulması zamanı qruplar arasında yaradıcılıq, komanda işi, liderlik və problemlərin həllinin daha optimal yollarının tapılmasına təşviq edir.
Ümumi məlumat:
1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird. Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində istirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 15-17 yaşlı orta məktəb şagirdləri iştirak edə bilərlər.
3) Kateqoriya üzrə qeydiyyat, müsabiqənin mərhələləri və qaydalar haqqında məlumat yaxın günlərdə paylaşılacaq.