Mexatronika – elektronika, proqramlaşdırma və dizayna əsaslanan bir mühəndislik qoludur. İnkişaf etməkdə olan texnologiyadan asılı olaraq bir çox sahə və sektorla əlaqəli olan mexatronika, demək olar ki, hər evdə istifadə olunan innovativ cihazların istehsalında istifadə olunur.
Mexatronika mühəndisliyinin dizayn və modelləşdirmə hisssəsi üçün 3D çapın istifadəsi artıq hər kəs üçün əlçatandır. 3D printerlərdə mütəxəsislərə lazım olan istənilən ölçülü və formalı modellər hazırlamaq mümkündür. Bundan əlavə lazer kəsim də mexatronika üçün vacib qollardan biridir.
İştirakçılara finalda veriləcək tapşırıqda onlar həm 3D printerdən, həm də CNC lazer kəsim aparatından istifadə etmək şansı veriləcək. Onların ilkin mərhələdə göndərdiyi layihələr kvalifikasiya məqsədi daşıyacaq və komandalar finala bu qiymətləndirməyə görə keçəcək.
Ümumi məlumat:
1) Müsabiqədə 3 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird. Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində istirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 12-15 yaşlı orta məktəb şagirdləri iştirak edə bilərlər.
3) Kateqoriya üzrə qeydiyyat, müsabiqənin mərhələləri və qaydalar haqqında məlumat yaxın günlərdə paylaşılacaq.